Azərbaycanın biznesmen deputatların obyektləri, zavodları (SİYAHI)

Azərbaycanın biznesmen deputatların obyektləri, zavodları (SİYAHI)
İqtisadiyyat 11854

Rusiya parlamentinin üzvü, deputat Vladimir Jutenkov istefa verib. O, bununla bağlı seçicilərindən üzr istəyib və sözügedən addımını biznes sferasında fəaliyyəti ilə əlaqələndirib. Daha dəqiqi, Jutenkov bildirib ki, bundan sonra daha çox biznesə zaman ayırmaq istəyir. Bu isə bizi istər-istəməz Azərbaycan parlamentinin biznesmen deputatlarını xatırlamağa vadar etdi.

BAKU.WS xəbər verir ki, musavat.com Azərbaycanda bizneslə məşğul olan deputatların siyahısını hazırlayıb. Görək, bizim deputatların nəyi var:

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Lənkəranın deputatı Hadı Rəcəbli:

Lənkəranda dəniz kənarında yerləşən "Palıdlı Sahil” istirahət mərkəzi.

Lənkəranlı daha bir biznesmen deputat isə Rüfət Quliyev:

"European Tobacco Baku” ASC-nin İdarə Heyətinin sədridir. "European Tobacco Baku” ASC ölkəmizdə tütün məmulatlarının istehsalını yerinə yetirir.

Millət vəkili Əsabil Qasımov:

2010-cu ildə millət vəkili seçilənə qədər "Karat” MMC şirkətinin prezidenti olub. 2006-cı ildə "Karat” MMC-nin də daxil olduğu "Karat Holdinq” yaradılıb. İki il sonra "Karat” MMC Mənzil Tikinti Kooperativi kimi qeydə alınıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Ə.Qasımov deputat seçiləndən sonra yaxınlarına tapşırıb.

Hüseynbala Mirələmov:

Şıxda yerləşən "1001 gecə” restoranının sahibidir. 

Əliağa Hüseynov: 

Paytaxtın Həsən bəy Zərdabi prospekti 20-də, metronun "20 Yanvar” stansiyasının yaxınlığında yerləşən "Atlantis” şadlıq sarayı və "Adanalı Hasan Kolcuoğlu” restoranın sahibidir.

Deputatın bundan əlavə Salyanda ferması da mövcuddur.

Abşeron və Sumqayıt seçicilərini təmsil edən deputat Hacı Salayev:

 "TRUS” MMC-nin sahibidir. 

Lerikin deputatı İqbal Məmmədov "Kaspi-Yıldız” şirkəti və Azərbaycanın ən tanınmış turizm mərkəzlərindən olan - "Relax” İstirahət Mərkəzinə rəhbərlik edir.

Mahir Aslanov:

"Kəpəz Group” şirkətinin sahibidir. Şirkət hazırda Almaniya, Türkiyə, BƏƏ, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Digər tərəfdən, "Kəpəz” hotel, "Happy İnn” hotellər şəbəkəsinin də ona məxsus olduğu bildirilir.

BAKU.WS

Oxşar xəbərlər

Hadı Rəcəbli: "Bizim insanlar qənaətçiliyi ayıb sayırlar"

Hadı Rəcəbli: "Bizim insanlar qənaətçiliyi ayıb sayırlar"

"Azərbaycan əmək ehtiyatları çox olan ölkədir. Biz əmək tutumlu iş yerləri yaratmaq haqqında fikirləşirik". "Report" xəbər verir ki, bu fikirləri Milli Məclisi...

2430 Sosial 13:45 06 iyun 2017

Son xəbərlər