Azərbaycanda siqaret qəfil ucuzlaşa bilər
06
noy
2016
11:11
"Tütün və tütün məmulatlarının reklamının tam qadağan olunması Azərbaycan istehsalı olan siqaretlərin ucuzlaşmasına səbəb ola bilər".
Bu sözləri Trend-ə "European Tobacco Baku" şirkətinin idarə heyətinin sədri Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, reklamın qadağan olunması əsasən yerli istehsalçıların satış həcminə mənfi təsir göstərəcək, çünki məşhur xarici şirkətlər yerli bazarda artıq kifayət qədər tanınır.
Tütün və tütün məmulatlarının reklamının qadağan olunması barədə qanun layihəsi parlamentin plenar iclasında müzakirə olunacaq.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda siqaret çəkən tələbələr cərimələnə bilər
"Bu gün istisnasız olaraq bütün dövlət və özəl ali məktəblərdə görürsən ki, siqareti universitetlərin dəhlizlərində çəkirlər. İnanın ki, adamın ürəyi bulanır”....