Deputat vəsiqəsini borc üçün girov qoyan millət vəkilinə TÖHMƏT verilə bilər

Deputat vəsiqəsini borc üçün girov qoyan millət vəkilinə TÖHMƏT verilə bilər
Hadisə 754
“Deputat vəsiqəsini girov qoyub borc götürmək heç bir mənəvi kriteriyaya uyğun gəlməyən addımdır. Deputat vəsiqəsi niyə girov qoyulur ki?!”BAKU.WS xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin İntizam Komissiyasının üzvü, deputat Fazil Mustafa deyib.O qeyd edib ki, bu, heç bir məntiqə sığmır:“Mən indi söhbətin kimdən getdiyini bilmirəm. Bütövlükdə bu deputat statusuna qarşı sayğısızlıqdır. Bu, sırf etik xarakterli məsələdir. Qanunda deputat adına yaraşmayan əməllər törətmək müddəası var. Bu məsələ də mənə elə gəlir ki, o kateqoriyaya daxildir. Məsələ sadəcə deputat adına yaraşmayan, etikadan kənar hərəkət kateqoriyasına aiddir”.Məsələnin parlamentin İntizam Komissiyasında müzakirə olunub olunmayacağı sualına gəlincə isə, F. Mustafa problemin ciddi olduğunu vurğulayıb:“Ona görə də Milli Məclisin İntizam Komissiyasında müzakirəyə çıxarıla bilər. Çünki girov qoyulması üçün qanunvericilikdə yollar var. Hər hansı əmlakını qoyub girov qoyub borc götürə bilərsən. Deputat vəsiqəsi girov sayılmır ki?! Deputat vəqisəsi birinci növbədə, statusu təsdiq edən sənəddir. Bu sənəd də toxunulmazdır, başqasına verilə bilməz. Əgər belə hal varsa, deputata töhmət verilə bilər. Bunu isə ictimai rəy həll edəcək.Belə hallarda hər hansı faktın araşdırılması üçün Milli Məclisin sədri İntizam Komissiyasına müraciət edir. Yaxud da Milli Məclisin sessiyasında hər hansı millət vəkili məsələni qaldıra bilər. Sədr bunu məqsədəuyğun sayırsa, məsələni araşdırmaq üçün İntizam Komissiyasına göndərir”.Qeyd edək ki, report.az saytı deputat Rafael Cəbrayılovun vəsiqəsini girov qoyaraq borc götürməsi haqqında informasiya yayıb.

Son xəbərlər