“Borc almaqla yanaşı, borc verən bir ölkəyik” - Deputat

“Borc almaqla yanaşı, borc verən bir ölkəyik” - Deputat
İqtisadiyyat 501
“Biz həm borc alan, həm də artıq borc verən, investisiya qoyan ölkəyə çevrilmişik”.BAKU.WS xəbər verir ki, bu sözləri millət vəkili Ziyad Səmədzadə parlamentin plenar iclasında bildirib.O, 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirəsi zamanı qeyd edib ki, Azərbaycan güclü iqtisadiyyata malik olduğu üçün ölkəmizə rahatlıqla borc vermək istəyənlərin sayı xeyli artıb:Deputat ölkə prezidentinin tapşırığını xatırladaraq, xarici borcu ancaq ən vacib layihələr üçün almaq lazım olduğunu deyib:“Yəni, biz borc almaqla yanaşı, borc verməklə də məşğul olan bir ölkəyik. Xarici borclanmamız ildən-ilə azalır və yaxın gələcəkdə bu, daha da aşağıya endiriləcək. Ölkəmizin buna potensialı var”.

Oxşar xəbərlər

Son xəbərlər