"Əgər mən əmr versəm biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik"
"Düzdür, indi müəyyən mənada bizim gəlirlərimiz azalır. Özünüz yaxşı bilirsiniz ki, neftin qiyməti düşüb, bu da təbiidir. Ancaq buna baxmayaraq, ölkə iqtisadiyyatının inkişafı, sosial məsələlərin həlli ilə bağlı bütün layihələr icra edilir və gələn ilin büdcəsində də kənd təsərrüfatının inkişafına, sosial məsələlərin həllinə kifayət qədər vəsait ayrılacaq".
BAKU.WS-in məlumatına görə, bunu dövlət başçısı İlham Əliyev Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında söyləyib. Prezidnt bildirib ki, bizim maliyyə vəziyyətimiz sabitdir. Öz gücümüzə güvənirik, arxalanırıq:
"Xarici borcumuz da çox aşağı səviyyədədir. Biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Ona görə ödəmirik ki, buna ehtiyac yoxdur. Hələ ki, kreditlərdən istifadə edirik, amma kreditlərsiz də yaşaya bilərik. İndi ikinci belə ölkə tapılarmı ki, bir gündə xarici borcunu ödəyə bilsin? Çətin".
İlham Əliyev əlavə edib ki, bəzi ölkələrin xarici borcu ümumi daxili məhsuldan çoxdur. Yəni, onlar borc içində yaşayırlar və borcun üstünə borc gəlir: "Nəticə etibarilə xalq əziyyət çəkəcək. Nə vaxtsa, necə deyərlər, bu piramida çökəcək. Amma əgər mən əmr versəm biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Budur bizim reallıqlarımız. Bizdə güclü iqtisadiyyat, güclü siyasi iradə, xalq-iqtidar birliyi və bu yol kimi konkret işlər, nəticələr var.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Prezident: "Əgər insanlar bu məsələni qaldırmasaydılar, mən heç bilməyəcəkdim"
"Kənd yollarının tikintisi Azərbaycanda, ümumiyyətlə, geniş vüsət almışdır. Bir çox hallarda yollar keyfiyyətli tikilir, amma keyfiyyətsiz yollar da hələ ki, va...