Prezident: "Əgər insanlar bu məsələni qaldırmasaydılar, mən heç bilməyəcəkdim"

Prezident: Əgər insanlar bu məsələni qaldırmasaydılar, mən heç bilməyəcəkdim
Siyasət 5129

"Kənd yollarının tikintisi Azərbaycanda, ümumiyyətlə, geniş vüsət almışdır. Bir çox hallarda yollar keyfiyyətli tikilir, amma keyfiyyətsiz yollar da hələ ki, var. Ona görə, bu məsələyə daim diqqət göstəriləcəkdir. Büdcədən, Prezidentin ehtiyat fondundan vəsait ayrılır, amma yerlərdə insanlar gərək buna məsuliyyətlə yanaşsınlar".

BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışı zamanı söyləyib. Dövlət başçısı bildirib ki, kənd yollarının tikintisi indi yerli icra orqanları tərəfindən həyata keçirilir. Burada əlbəttə ki, ictimai nəzarət də güclü olmalıdır:

"Mənə icra başçısı məlumat verir ki, o, bura təyin olunandan sonra insanlar bu yolla bağlı çoxsaylı şikayətlər etmişlər. Yəni, ictimai nəzarət budur. Əgər insanlar bu məsələni qaldırmasaydılar, mən heç bilməyəcəkdim. Amma bu gün bu yol lazimi səviyyədə tikilib, istifadəyə verilir və hər yerdə də belə olmalıdır.

Bu gün məni eşidən bütün icra orqanlarının nümayəndələri bilməlidirlər ki, hər bir sahədə ciddi nəzarət var və ən güclü nəzarət ictimai nəzarətdir. Siz, burada yaşayan insanlar görəndə ki, hər hansı bir ədalətsizlik var, keyfiyyətsiz yollar salınır, yaxud da başqa xoşagəlməz hallar baş verir, əlbəttə, siqnal verməlisiniz, ilk növbədə, yerli icra orqanlarına, əgər nəticə olmasa, mərkəzi icra orqanlarına".

İlham Əliyev xüsusilə vurğulayıb ki, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır: "Mən dəfələrlə bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim gördüyümüz bütün işlər xalqın maraqlarına xidmət edir. Bu yolların çəkilişi, infrastruktur layihələrinin icrası da bu məqsədi güdür - hər şey insanlar üçün, Azərbaycan xalqı üçün. İstəyirəm ki, hər bir yerdə, hər bir rayonda yaxşı yollar, yaxşı tibbi xidmət, gözəl məktəblər olsun ki, insanlar bundan istifadə edib rahat yaşasınlar".

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev: “Biz təxribatlara getmirik və onlar üçün pis oluruq”

İlham Əliyev: “Biz təxribatlara getmirik və onlar üçün pis oluruq”

Dünən Ağsu rayonunda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bölgəyə içməli suyun verilməsi mərasimində iştirak edib. BAKU.WS-in məlumatına görə, prezi...

970 Siyasət 09:19 18 sentyabr 2015

Son xəbərlər