Restoranda dava salan deputat cəzalandırıldı - Milli Məclisdə QƏRAR
01
fev
2019
15:05
Bir müddət əvvəl Bakıda restoranlardan birində sərxoş halda dava salması ilə gündəmə gələn Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, deputat Kamran Nəbizadə cəzalandırılıb.BAKU.WS xəbər verir ki, deputatın adı Milli Məclisin İntizam Komissiyasının tərkibindən çıxarılıb.Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında İntizam Komissiyasının tərkibi yenilənib. Komissiyasının tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər - Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.Deputat Kamran Nəbizadə komissiyanın tərkibinə daxil edilməyib. Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam Komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.BAKU.WS
Oxşar xəbərlər
Beş deputata vəzifə verildi
Bu gün Milli Məclisin bu gün keçirilən yaz sessiyasının ilk iclasında İntizam komissiyasının və Hesablayıcı komissiyasının yeni tərkibi müəyyən edilib.BAKU.WS...