Zahid Oruc spikerlə mübahisə etdiyinə görə cəzalandırıldı

Zahid Oruc spikerlə mübahisə etdiyinə görə cəzalandırıldı
Siyasət 2402

 

Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

BAKU.WS Publika.az-a istinadən məlumat verir ki, iclasda deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş mübahisəyə baxılıb.

Nəticədə 5 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla Zahid Oruca töhmət verilib.

Qeyd edək ki, Milli Məclisin ötən həftə keçirilən növbədənkənar iclasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında mübahisə baş verib. Parlamentin sədri növbədənkənar iclasın son toplantısında baş verənlərə görə intizam komissiyasının sədri Ağacan Abiyevə Z.Orucun davranışları ilə bağlı araşdırma aparmağı və deputatın hərəkətlərinə qiymət verməyi tapşırıb.

BAKU.WS

Oxşar xəbərlər

Oqtay Əsədovla Zahid Orucun söz davası - VİDEO

Oqtay Əsədovla Zahid Orucun söz davası - VİDEO

Parlamentin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında mübahisə düşüb. BAKU.WS xəbər verir ki, O. Əsədov Vergi Məcəll...

4102 Hadisə 17:37 24 iyun 2016

Son xəbərlər