Milli Məclisdə qalmaqal: Vitse-spikerlə deputatın sözü çəpləşdi
Milli Məclisin növbədənkənar iclasının sonuna yaxın millət vəkili Fuad Muradovla birinci vitse- spiker Ziyafət Əsgərov arasında gərginlik yaşanıb.
BAKU.WS qafqazinfo-ya istinadən bildirir ki, buna səbəb "Daşınmaz əmlakın dövlət reyestr haqqında" qanuna dəyişikliklər zamanı F. Muradovun Z. Əsgərovun fikirlərinə irad tutması olub:
"Mən bilmirəm sizin dediklərinizin müzakirə olunan məsələyə nə aidiyyəti var?"
Sonra millət vəkili çıxışında torpaqlarla bağlı bölgələrdəki duruma toxunub.
Bundan sonra birinci vitse-spiker ironik şəkildə F.Muradova "Fuad müəllim, siz hansı dairədən deputat seçilmisiniz" sualını verib.
F.Muradov da əsəbi tərzdə Z.Əsgərova "Milli Məclisin saytına girsəniz, orada var" deyə, cavab verib.
Bu zaman birinci vitse-spiker də uca səslə ona belə cavab verib:
"Siz hansısa kənd rayonundan seçilməmisiniz. Əgər Yardımlının dağ kəndindən seçilsəydiniz, onda bu barədə danışa bilərdiniz. Ümumiyyətlə isə bu qanun layihəsini oxumamısınız. Oxusaydınız, belə deməzdiniz".
BAKU.WS
Oxşar xəbərlər
Deputatların toxunulmazlığı ləğv edildi
Türkiyə Böyük Millət Məclisi (TBMM) millət vəkillərinin toxunulmazlığını ləğv edən konstitusiya dəyişikliyi qəbul edib. ANS PRESS-in məlumatına görə, toxunulmaz...