28 May-da amnistiya olacaq: Mehriban Əliyeva təşəbbüslə çıxış edib

28 May-da amnistiya olacaq: Mehriban Əliyeva təşəbbüslə çıxış edib
Siyasət 2530
 

Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, amnistiya aktının 10 min nəfər məhbusu əhatə edəcəyi gözlənilir: "Bu 10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrum etmə yerlərindən azad ediləcək".

Z.Əsgərov bildirib ki, bu, Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə 4-cü müraciətidir.

Milli Məclisin bu məsələ ilə bağlı iclasının mayın 20-də keçiriləcəyi gözlənilir.

BAKU.WS

Son xəbərlər