Deputatlar hərbçilərə mühazirə oxudu
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Milli Məclisin komitə sədrləri tərəfindən silsilə mühazirələrin keçirilməsinə başlanılıb.
BAKU.WS Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-cı ilin tədris planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunda Azərbaycan Respublikasının Milli Məclisinin komitə sədrləri tərəfindən silsilə mühazirələrin keçirilməsinə başlanılıb.
Plan uyğun olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli "Azərbaycan Respublikasının Konstitusiyası" və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili, akademik Ziyad Səmədzadə "İqtisadi təhlükəsizlik və onun milli gücə təsiri" mövzularında çıxışlar edib və dinləyiciləri maraqlandıran suallara cavab veriblər.
BAKU.WS
Oxşar xəbərlər
Pakistanın yüksək rütbəli zabitləri Bakıda (FOTO)
Səfir Şah Məhəmməd Camalın rəhbərlik etdiyi Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin 18 nəfərdən ibarət heyəti Azərbaycana akademik səfərə g...