Azərbaycanda banklarla bağlı təkliflər hazırlanıb
Azərbaycan Banklar Assosiasiyası bank sektorunda islahatlarla bağlı təkliflər hazırlayıb.
BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z. Səmədzadənin sözlərinə görə, bu təkliflərlə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Banklar Assosiasiyası arasında görüş keçiriləcək:
"Görüşdə bankların fəaliyyətinin səmərəliliyinin artırılması, bankların real sektora daha çox kredit ayırması, yüksək kredit faizlərinin aşağı salınması yolları müzakirə ediləcək".
BAKU.WS
Oxşar xəbərlər
"Banklar kredit borcu olanlara güzəşt etməlidir"
"Azərbaycan bankları xarici valyutada kreditlər üzrə borcun qaytarılması məsələsində müştərilərə güzəştə getməlidirlər". Trend-in məlumatına görə, bunu "Caspia...