Daha bir nəfər göbələkdən zəhərlənib

Zaqatalada daha bir nəfər göbələkdən zəhərlənib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Dağlı kənd sakini 1993-cü il təvəllüdlü İbrahim Fərhad oğlu Mehdiyev bu gecə saat 04 radələrində zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı onun göbələk yedikdən sonra zəhərləndiyi məlum olub.
İ.Mehdiyevin müalicəsi Zaqatala RMX-də davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, son günlər Qax və Zaqatalada 7 nəfər göbələkdən zəhərlənib. Qax rayonu Tasmalı kəndində iki azyaşlı göbələk zəhərlənməsindən həyatını itirib.
Oxşar xəbərlər
Sevdiyi qızla dalaşdı, xalası oğlunu öldürdü
Bakıda sevdiyi qızın xalası oğlu İslam Hüseynovu öldürməkdə təqsirli bilinən Göyçay rayon sakini, 1995-ci il təvəllüdlü İbrahim Sadıqovun cinayət işi üzrə məhkə...
