Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı, sonra... – Azərbaycanda ŞOK

Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı, sonra... – Azərbaycanda ŞOK
Hadisə 28078
Sabirabad rayonunda seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1975-ci il təvəllüdlü Mehdi Mehdiyevin (cinayət işi üzrə adı keçən şəxslərin ad və soyadları şərti verilib – H. Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham edilib.Sabirabad rayon Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli hökmü ilə Mehdi Mehdiyev barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 2 il 11 ay 29 gün müddətə şərti cəza alıb.Həbsdən çıxdı, oğurluq etdiHəbsdən azad olunan Mehdi Mehdiyev Sabirabad rayonunun Əhmədabad kəndində yaşamağa başlayıb. O, məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə baxmayaraq yenidən cinayətlər törətməyə başlayıb.Mehdi Mehdiyev 2013-cü ilin mart ayının əvvəllərindən oğurluq etməyə başlayıb. O, 2014-cü ilin mart ayının əvvəllərinədək olan müddətdə bir neçə dəfə Sabirabad rayonu Qaratəpə kəndində Fatma Hüseynovanın evinə girib.O, evdən qadının saxlanc kimi istifadə etdiyi mücrünün içərisində 12200 ABŞ dolları və 10.000 manat dəyərində olan qızıl əşyalarını, dolabın içərisindən isə 29.000 manatını oğurlayıb.Çöllükdə görüşBundan başqa Mehdi Mehdiyev 2013-cü ilin noyabr ayının əvvəllərində saat 23.30 radələrində idarə etdiyi “Mersedes-190” markalı avtomobillə tanışları Məhəbbət Səmədov, Samirə Babayeva və onun bacısı, 2000-ci il təvəllüdlü Sahibə Babayeva (oğlanın və hər iki qızın adı və soyadı şərti verilib – H. Z.) ilə birlikdə Sabirabad rayonunun Həşimxanlı kəndi ərazisinə çöllük adlanan yerə gəlib.Orada Samirə Babayeva və Məhəbbət Səmədov avtomobildən düşüb. Hər iki şəxs avtomobilin yanında aralanıb. Bu zaman Mehdi Mehdiyev Sahibə ilə avtomobildə tək qalıb.Maşında cinsi əlaqəVəziyyətin belə olduğunu görən Mehdi Mehdiyev arxa oturacaqda Sahibə Ağayevanın yanında əyləşib. O, həmin vaxt Sahibəyə zor tətbiq edərək, onunla cinsi əlaqəyə girib.Həmin vaxt Mehdi Mehdiyev yeniyetmə yaşına çatmayan qıza qarşı elədiyi seksual xarakterli hərəkətləri mobil telefonu vasitəsi ilə çəkib.Bundan sonra Mehdi Mehdiyev həmin ilin noyabr ayından 2014-cü ilin aprel ayının əvvəlindək olan müddət ərzində Sahibə Babayeva ilə daim cinsi əlaqədə olub.Şantaj və zorlamaSahibə Babayeva onunla cinsi əlaqədə olmayanda hədə-qorxu ilə üzləşib. Mehdi Mehdiyev yetkinlik yaşına çatmayan qızla bağlı əlində rüsvayedici video olduğunu və həmin videonu yayacağını, qohumları arasında rüsvay edəcəyini bildirib.Bundan qorxuya düşən Sahibə Babayeva Mehdi ilə daim Sabirabad rayonunun ərazisində müxtəlif yerlərdə bir neçə dəfə cinsi əlaqədə olub.Mehdi Mehdiyev Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində zorlama törətmək) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.“Bacım məni də özü ilə apardı”Zərərçəkmiş şəxs qismində ifadə verən Sahibə Babayeva bildirib ki, bacısı Samirənin nişanlısı Məhəbbət həmkəndlisi Mehdi ilə 2013-cü ilin mart ayının 8-də onlara gəlib:“2013-cü ilin təxminən noyabr ayının əvvəllərində Məhəbbət gecə vaxtı yenə də Mehdinin idarə etdiyi avtomaşınla gəlmişdi. Bacım gecə vaxtı olduğundan evdən tək çıxmadı. Bacım məni də özü ilə apardı”.“Əl-qol atmağa başladı”Sahibə Babayeva qeyd edib ki, onlar Sabirabad rayonu Həşimxanlı kəndinin yaxınlığında olan boş sahəyə gediblər: “Burada Mehdi avtomaşını saxladı.Bacımla nişanlısı avtomobildən düşdülər və kənar yerə getdilər. Bu zaman Mehdi arxa oturacağa yanıma keçdi və avtomaşının qapılarını bağladı. Mehdi bildirdi ki, məndən xoşu gəlir. Bu zaman Mehdi mənə əl-qol atmağa başladı”.“Məni hədələdi”Sahibə Babayevanın sözlərinə görə, bu zaman qışqırmaq istəyib: “Amma Mehdi qışqırmağıma imkan vermədi və əli ilə ağzımdan tutdu, sonra mənimlə cinsi əlaqədə oldu. Cinsi əlaqədə olan zaman ağrı hiss etdim və buna görə də ağladım. Cinsi əlaqədə olandan sonra Mehdi məni hədələdi və bu barədə heç kimə deməməyimi tapşırdı”.“Şəkillərimi məktəbdə paylayacağını dedi”Sahibə Babayeva qeyd edib ki, həmin gündən 5-6 gün sonra Mehdi bacısı Samirənin mobil telefonuna zəng vurub: “Mehdi məni telefona çağırdı və bildirdi ki, aramızda olanları heç kim bilməsin.O, özündə şəkil, video olduğunu, həmin şəkil və videoları montaj edərək, məktəbin həyətində hər kəsə paylayacağını dedi. Mehdi dedi ki, əgər şəklinin yayılmasını istəmirsənsə, mənimlə yenidən görüş”.“Mənimlə görüşəndə ətir və pul verirdi”Zərərçəkmiş bildirib ki, bundan sonra Mehdi ilə 30 dəfədən çox cinsi əlaqədə olub: “Mehdi məni hər dəfə avtomaşınına mindirib və çöllük sahələrə, bəzən də restorana aparıb.O, mənə çoxlu pulu olduğunu deyib. Mehdi mənimlə görüşəndə ətir və pul verirdi. Mehdidən qorxduğuma görə bu barədə heç kimə deməmişəm. Mehdi mənim orta məktəbdə oxuduğumu və 13 yaşımın olmasını bilib”.13 il cəza, ciddi rejimLənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehdi Mehdiyev 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.Bu hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində zorlama ittihamı üzrə günahsız olduğunu, şərləndiyini bildirib.M.Mehdiyev Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə barəsində bəraət hökmünün çıxarılmasını, oğurluq ittihamı üzrə cəzasının yüngülləşdirilməsini istəyib.Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə Mehdi Mehdiyevin apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Mehdi Mehdiyevin apelyasiya şikayəti təmin olunub.Yeniyetməni zorlayana niyə bəraət verildi?Məhkəmə Mehdi Mehdiyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə ittihamı sübuta yetirə bilməyib. Bu səbəbdən məhkəmə həmin maddə üzrə Mehdi Mehdiyevin barəsində bəraət hökmü çıxarıb.Həmçinin məhkəmə Mehdi Mehdiyevi Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilib. Həmin maddə ilə Mehdi Mehdiyevə 8 il 6 ay cəza təyin edilib.Bu qərardan prokurorluq narazı qalıb. Prokurorluq bəraət hökmünün ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib.Prokurorluq kasasiya protestində Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini istəyib.Bəraət hökmü ləğv edildi2016-cı ilin dekabrın 13-də Ali Məhkəmədə hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti üzrə qərar elan olunub.Qərara görə, prokurorluğun protesti təmin edilib və Mehdi Mehdiyevin barəsində çıxarılan bəraət hökmü ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar çıxarılıb.Onun barəsində olan cinayət işinin materialları yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.Cəza qüvvədə qaldı2017-ci il noyabrın 17-də Şirvan Apelyasiya Məhkəməsində hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada iş üzrə apelyasiya şikayəti yenidən araşdırılıb. Hakim heyəti apelyasiya şikayətini təmin etməyib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.Məhkumun vəkilindən şikayətBu qərardan narazı qalan Mehdi Mehdiyevin vəkili kasasiya şikayəti verib. Vəkil Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, Mehdi Mehdiyevə ittihamla elan edilmiş Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi üzrə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.Vəkil: “Zorlama cinayəti törətdiyini bildirib”Vəkil qeyd edib ki, Mehdi Mehdiyevin hərəkətləri ona ittihamla elan edilmiş Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsinin tərkibini yaratmayıb: “İşin hallarından göründüyü kimi, Mehdi Mehdiyev oğurluq hadisəsi ilə təqsirli hesab edilərək Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.İstintaq hərəkəti ilə bağlı olaraq cinayət işinin istintaqını aparan müstəntiq təqsirləndirilən şəxs ifadə almaq məqsədi ilə müdafiəçi ilə birlikdə istintaq təcridxanasında olub.Təqsirləndirilən şəxs ifadəsi alınarkən oğurluq hadisəsindən başqa Sabirabad rayon sakini olan, yetkinlik yaşına çatmayan Sahibəni zorlamaqla ikinci cinayət hadisəsini də törətdiyini bildirib”.“Rəyə əsasən ittiham verilib”Vəkil qeyd edib ki, həmin fakta görə cinayət işi başlanılıb, zərərçəkmiş şəxsin anası polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib, zərərçəkmiş şəxs dindirilib və digər istintaq hərəkətləri həyata keçirilib:“Cinayət işi materiallarından və hökmdən göründüyü kimi, Mehdi Mehdiyevin və zərərçəkmiş şəxsin ifadəsinə, ekspert rəyinə, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadəsinə istinad olunaraq təqsirləndirilən şəxsə ittiham elan edilib”.Hakim heyəti kasasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, müdafiə tərəfinin kasasiya şikayəti qismin təmin olunub.Qərar ləğv edildi, yenidən araşdırma olacaqŞirvan Apelyasiya Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.Bu səbəbdən Mehdi Mehdiyevin barəsində toplanan cinayət işinin materialları yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.Yaxın günlərdə bu iş üzrə apelyasiya instansiyasında yenidən məhkəmə araşdırması başlanacaq.BAKU.WS

Son xəbərlər