İstirahətə gedən 5 azərbaycanlı qız fahişəliyə məcbur edildi
16
may
2018
18:26
İnsan alverində ittiham olunan 41 yaşlı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS "Publika.az" saytına istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Məhkəmə hökmündə qeyd olunub ki, Aynur Məmmədova 2016-2017-ci illər ərzində Azərbaycandan Türkiyəyə istirahətə gedən Nərminə Qasımovanı, Adilə Zeynalovanı, onun bacısı Xatirə Zeynalovanı, Arzu Məmmədovanı, Gülnarə Qasımovanı (cinayət işində adı keçən zərərçəkimişlərin ad və soyadları şərti verilib – red.) İğdır şəhərində yerləşən "Göy qurşağı” istirahət mərkəzində müxtəlif kişi müştəriləri ilə görüşdürüb, onları fahişəliyə cəlb edib.İstintaq orqanı tərəfindən Aynur Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri üzrə ittiham elan edilib.Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Aynur Məmmədova qeyd edib ki, yüngül həyat tərzi sürən qadınlarla əlaqə saxlamayıb, maddi ehtiyaclarını ödəmək üçün Türkiyənin İğdır şəhərində yerləşən "Göy qurşağı” istirahət mərkəzində qabyuyan işləyib.Onun sözlərinə görə, bir müddət həmin istirahət mərkəzində özü də fahişəliklə məşğul olub: "Nərminə Qasımovanı "Göy qurşağı”ndan tanımışam. Yüngül həyat sürən qadınların hamısı bir hoteldə qalırdılar, mən fahişəliyə cəlb etməmişəm. Adilə də Nərminə kimi bu hotelə eyni məqsədlə gəlmişdi”.Aynur Məmmədova deyib ki, Adilənin bacısını da əxlaqsızlığa məcbur etməyib: "Onlar hamısı bir müddət fahişəliklə məşğul olur, sonra gedirdilər”.Təqsirləndirilən şəxs əlavə edib ki, İğdırda hamı onu "Səma” deyə müraciət edib.Hökmə əsasən, Aynur Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.BAKU.WS
Oxşar xəbərlər
Xanım baş redaktor 7 il azadlıqdan məhrum edildi
Dələduzluqda təqsirləndirilən baş redaktorun məhkəməsi başa çatıb.BAKU.WS musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda tə...