Cəbhədə 24 Azərbaycan əsgəri şəhid oldu xəbərinə rəsmi açıqlama
Müdafiə Nazirliyi cəbhədə baş verən son hadisələr barədə ictimaiyyətə mütəmadi xəbər verib. Ermənilərin məqsədyönlü surətdə dezinformasiya xarakterli yaydığı bu kimi xəbərlər yalandır, erməni tərəfinin xüsusi təbliğatının bir hissəsidir.
Bunu BAKU.WS-in sorğusuna cavabında Müdafiə Nazirliyindən bildiriblər. Nazirlik kütləvi informasiya vasitələrinin nümayəndələrindən düşmən təxribatlarına uymamağı və yalnız dəqiqləşdirilmiş rəsmi məlumatları yaymağı tövsiyə edir.
Qeyd edək ki, Ermənistan KİV-i iddia edir ki, cəbhədə ağır döyüşlər zamanı Azərbaycan Ordusu itkilər verib. Guya Azərbaycan tərəfindən 22-24 əsgər həlak olub, 60-80 əsgər yaralanıb.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Erməni KİV-in 6 əsgərimizin şəhid olması xəbərinə reaksiya
Müdafiə Nazirliyi bəzi yerli kütləvi informasiya vasitələrini erməni tərəfinin xüsusi təbliğat fəaliyyətində iştirak etməkdən çəkinməyə çağırır. Müdafiə Nazirl...