"Bravo" marketdə əlbəyaxa dava - satıcı xəstəxanalıq oldu
22
iyn
2018
09:36
Nəsimi rayonunda marketdə satıcı döyülərək xəsarət alıb.BAKU.WS-in "Report"a istinadla xəbərinə görə, hadisə Bülbül prospektində baş verib.Belə ki, "Bravo" marketlər şəbəkəsinin "Bülbül Ekspres" filialında əlbəyaxa dava olub. Filialda satıcı işləyən 1993-cü il təvəllüdlü Rusanov Pənah Rauf oğlu mağazaya ərzaq gətirən firma işçiləri ilə mübahisə edib. Mübahisə nəticəsində o, döyülərək ağır xəsarət alıb. Yaralı təcili yardım xidməti vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.İlkin araşdırmalar aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda kütləvi dava olub, bıçaqlananlar var
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub."Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu, Bülbül prospektində qeydə alınıb."Nizami" Ki...