Biləsuvar-Salyan yolunda AĞIR QƏZA - VİDEO

Biləsuvar-Salyan yolunda AĞIR QƏZA - VİDEO
Video
Hadisə 1793
Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında yeni Ələt-Astara magistral yolunun Arbatan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Yol ilə hərəkətdə olan “Jiquli” markalı avtomobil idarəetməni itirərək mühafizə səddinə çırpılıb. Nəticədə avtomobildə olan Gəncə şəhər sakinləri - 1981-ci il təvəllüdlü Allahverdiyeva Səkinə Abas qızı, 1977-ci il təvəllüdlü Məmmədov Elçin Quzu oğlu, 1992-ci il təvəllüdlü Məmmədov Habil Bəhrəm oğlu və 1989-cu il təvəllüdlü İsmayılov Rauf İsrafil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.Qəza nəticəsində insanlar yola düşüb.Həmin qəzanın görüntülərini təqdim edirik:

Oxşar xəbərlər

Salyanda yol qəzası - Xəsarət alanlar var

Salyanda yol qəzası - Xəsarət alanlar var

Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında yeni Əl...

803 Hadisə 09:18 09 may 2019

Son xəbərlər