Biləsuvarda yol qəzasında iki qadın xəsarət alıb
23
dek
2018
11:18
Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.Bakı istiqamətində hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Bakı şəhər sakinləri, 1962-ci il təvəllüdlü Tarverdiyeva Yeganə Rafiq qızı və 1984-cü il təvəllüdlü Əliyeva Sevinc Mais qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.Daha əvvəl Gəncə şəhərində ağır avtomobil qəzası baş verib.BAKU.WS
Oxşar xəbərlər
Salyanda yol qəzası nəticəsində 1 nəfər ölüb
Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırl...