DYP maşını qəza törətdi: ölənlər və yaralananlar var

DYP maşını qəza törətdi: ölənlər və yaralananlar var
Hadisə 2806

 

Ələt-Astara yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Məmmədyarov Natiq Mehdi oğlunun idarə etdiyi DYP maşını ötmə əməliyyatı zamanı qarşıdan gələn "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə zamanı beş nəfərin xəsarət aldığı və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildikləri bildirilir.

Məlumata görə, xəsarət alanlardan ikisi xəstəxanada ölüb.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda dəhşətli qəza: mikroavtobus aşdı, yaralılar var

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qa...

4829 Hadisə 09:25 09 aprel 2017

Son xəbərlər