Azərbaycanda mikroavtobus yük maşını ilə toqquşdu: 4 ölü, 7 yaralı

Azərbaycanda mikroavtobus yük maşını ilə toqquşdu: 4 ölü, 7 yaralı
Hadisə 1580

 

Ələt-Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 10 radələrində Astara rayonunun Çayova kəndi ərazisində qeydə alınıb.

"Ford” markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 4 sərnişin ölüb, 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər.

BAKU.WS

Oxşar xəbərlər

Lənkəranda ağır yol qəzası: ölən və yaralananlar var (FOTO)

Lənkəranda ağır yol qəzası: ölən və yaralananlar var (FOTO)

Lənkəranda 3 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. BAKU.WS APA-ya istinadən məlumat verir ki, hadisə s...

1369 Hadisə 10:45 24 mart 2016

Son xəbərlər