Bakıda dəhşətli avtobus qəzası: 13 nəfər yaralı, 1 ölü (YENİLƏNİB)

Bakıda dəhşətli avtobus qəzası: 13 nəfər yaralı, 1 ölü (YENİLƏNİB)
Hadisə 6199

Bakının Nizami rayonunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 13 nəfər yaralanıb.

 

BAKU.WS-in məlumatına görə, xəsarət alanlardan 11 nəfər 2 saylı Sabunçu Xəstəxanasına çatdırılıb. Xəstəxanın baş həkimi Fikrət Zeynalovun BAKU.WS-ə verdiyi məlumata görə, hazırda yaralılardan birinin vəziyyəti ağırdır. Digərlərinin isə vəziyyəti orta-ağır qiymətləndirilir.

"Hazırda həkimlərimiz əllərindən gələni əsirgəmirlər. Yaralıların həyatlarını xilas etmək üçün xəstəxananın bütün həkim heyəti cəlb olunub”, - deyə Fikrət Zeynolov bildirib. 

***10:43*** 

Bakının Nizami rayonunda sərnişin avtobusu qəzaya düşüb. BAKU.WS-in məlumatına görə, hadisə metronun Qara Qarayev stansiyası yaxınlığında olub. 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu minik maşını ilə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 10-a yaxın insan xəsarət alıb. Hadisə yerinə Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasın 7 briqadası göndərilib. Xəsarət alan şəxslər 3 saylı Sabunçu xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке Ziya Babayev BAKU.WS

Oxşar xəbərlər

Bakıda sərnişin avtobusu aşdı (FOTO, VİDEO)

Bakıda sərnişin avtobusu aşdı (FOTO, VİDEO)

Ötən gecə Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. BAKU.WS-in carclub.az saytına istinadən verdiyi məlumata görə, möcüzə nəticəsində qəza zamanı xəsarət alan o...

2040 Sosial 11:25 18 fevral 2016

Son xəbərlər