Azərbaycanda sərnişin avtobusu qəzaya düşüb, 10 nəfər xəsarət alıb

Azərbaycanda sərnişin avtobusu qəzaya düşüb, 10 nəfər xəsarət alıb
Hadisə 954

Qusar rayonunda yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Qusar-Xudat yolunun 8-ci kilometrliyində qeydə alınıb. Qusar sakini Zöhrabey Yüzbəyovun idarə etdiyi Qusar-Yuxari Zeyxur marşrutu ilə hərəkət edən sərnişin avtobusu Xudat sakini Rüfət İlyasovun idarə etdiyi "VAZ-21099" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində mikroavtobusada olan 10 nəfər xəsarət alıb. Yol qəzasının baş verməsinə səbəb ilkin versiya olaraq yolun buzlu olması göstərilir. Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırmalara başlanılıb. BAKU.WS 

Oxşar xəbərlər

Sərnişin avtobusu qəzaya uğradı: yaralılar var (FOTO)

Sərnişin avtobusu qəzaya uğradı: yaralılar var (FOTO)

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, Zülfü Hacıyev küçəsində 6 saylı marşrut xətti üzrə hərəkət...

837 Hadisə 11:13 07 yanvar 2016

Son xəbərlər