Bakıda iki avtomobil toqquşub, ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Chevrolet" markalı minik avtomobili ilə "Tesla" markalı minik avtomobili toqquşub və 1 nəfər "Chevrolet" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Nizami Gəncəvi parkında uşaqlar üçün təhlükəli vəziyyət - Şikayət
Bakının Xətai rayonunda yerləşən Nizami Gəncəvi parkındakı uşaq meydançası narahatlıq doğurur. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Valide...