Bakıda taksi sürücüsündən nümunəvi addım - turistin itirdiyi pul kisəsini qaytardı (VİDEO)

Bakıda taksi sürücüsündən nümunəvi addım - turistin itirdiyi pul kisəsini qaytardı (VİDEO)
Video
Hadisə 3202
"Formula 1 Azərbaycan Qran Prisi"ni izləmək üçün Bakıya turist kimi gələn əcnəbinin başına iş gəlib.DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Polşa vətəndaşı Koçot Morius polisə müraciət edərək, ona məxsus pul kisəsini və sənədləri itirdiyini bildirib.Qısa zaman kəsiyində Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib ki, turist pul kisəsini tanışları ilə birgə qaldığı hotelə gedən zaman taksidə unudub. Həmin taksi sürücüsünün şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Sürücü ilə əlaqə yaradılıb və o, könüllü şəkildə turistin pul kisəsini Polis Şöbəsinə gətirərək təhvil verib.Pul kisəsini itirən turist K.Moriusin adından tanışı Piter Lyubinski problemin qısa zamanda həllini tapmasında göstərdikləri köməkliyə görə polislərə təşəkkürünü bildirib: “Taksidən düşəndən sonra həmkarımın pul kisəsini itirdiyini bildik. İçərisində pul və sənədlər var idi. Daha sonra polisə zəng etdik. İki saatdan sonra polislər bizə zəng etdilər. Taksi sürücüsünün polis şöbəsinə gəldiyini və itən sənədlərimizi, pulumuzu gətirdiyini dedilər. Biz polislərə və Azərbaycan xalqına bu dost münasibətə görə təşəkkür edirik”.Polşalı turistlər bildirib ki, 10 ilə yaxındır "Formula 1" yarışlarını izləmək üçün dünyanın bir çox ölkəsində olublar. Amma indiyə qədər heç bir ölkədə bu qədər qonaqpərvərliyin və polisin belə operativliyinin şahidi olmayıblar.BAKU.WS

Oxşar xəbərlər

Metroda qadının çantasından oğurluq edən xanım tutuldu

Metroda qadının çantasından oğurluq edən xanım tutuldu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlum...

1504 Hadisə 11:59 28 aprel 2018

Son xəbərlər