Bakıda sevgilisini bıçaqlayan şəxsə hökm oxunub
01
noy
2018
13:01
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Racxan İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb."Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.Xatırladaq ki, prokuror R.İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, R.İbrahimov Bakıda sevgilisi Ellada Əlizdadəni qısqanclıq zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.R.İbrahimov cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham olunur.BAKU.WS
Oxşar xəbərlər
Kriminal avtoritet Rafət Əlibayramskinin qardaşına hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Rafət Əlibayramski" kimi tanınan "qanuni oğru" Rafət Əmirovun qardaşı Rüfət Əmirov və onunla birgə itt...