Kriminal avtoritet Rafət Əlibayramskinin qardaşına hökm oxundu

Kriminal avtoritet Rafət Əlibayramskinin qardaşına hökm oxundu
Hadisə 2156

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Rafət Əlibayramski" kimi tanınan "qanuni oğru" Rafət Əmirovun qardaşı Rüfət Əmirov və onunla birgə ittiham olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası başa çatıb.BAKU.WS report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Əmirov, İ. İbrahimov və R.Kərimov hər biri 7 il, R.Əmirova 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

R.Əmirova ittiham olunduğu Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə bəraət verilib.

Xatırladaq ki, prokuror Orxan Kəngərli çıxışında K.Əmirovun 14 il, R.Əmirovla R.Kərimovun hər birinin 13 il, E.Hüseynovun 12 il, İ.İbrahimovun isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Rüfət Əmirov "Rafet Əlibayramlinski” kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşıdır. "Rafət Əlibayramlinski” və qardaşı Rüfət Əmirov "Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır.

BAKU.WS

Oxşar xəbərlər

Polis qardaşını televizora baxmaq üstündə öldürən cüdoçuya hökm oxunub

Polis qardaşını televizora baxmaq üstündə öldürən cüdoçuya hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.BAKU.WS report-a istinadən xəbər...

1391 Hadisə 14:23 18 oktyabr 2018

Son xəbərlər