Polis qardaşını televizora baxmaq üstündə öldürən cüdoçuya hökm oxunub
18
okt
2018
14:23
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.BAKU.WS report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.O, məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.Xatırladaq ki, prokuror çıxışında Ə.Əliyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.Qeyd edək ki, hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 85-də yerləşən binada baş verib. Hadisənin ilkin təfərrüatına görə, qardaşlar televizora baxmağa görə mübahisə ediblər.Onlar əvvəlcə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Ə.Əliyev mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbə vurub. Ə.Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.1990-cı il təvəllüdlü Ə.Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü il təvəllüdlü M.Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı imiş.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda polis şöbəsinin baş müstəntiqi həbs oluna bilər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1960-cı il təvəllüdlü Tahir Əhmədovun cinayət işi üzrə məhkəmə icl...