Azərbaycanda polis şöbəsinin baş müstəntiqi həbs oluna bilər

Azərbaycanda polis şöbəsinin baş müstəntiqi həbs oluna bilər
Hadisə 4967
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1960-cı il təvəllüdlü Tahir Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.BAKU.WS "ölkə.az”a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.Məhkəmənin hökmü ilə T.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.Məhkəmə həmçinin cinayət işini araşdıran Şabran Rayon Polis Şöbəsinin baş müstəntiqi, polis mayoru Elşən Əliyev barəsində yol verdiyi ciddi nöqsanlara görə xüsusi qərardad çıxarıb və Daxili İşlər Nazirliyinə göndərilməsi barədə qərar verib.Xatırladaq ki, dövlət ittihamçısı Sabir Abdinov çıxışında T.Əhmədovun qardaşı Cabir Əhmədovun sağlamlığına qəsdən ağır xəsarət yetirməsimin məhkəmə istintaqında sübuta yetirildiyini qeyd edib. Prokuror bu əməlinə görə T.Əhmədovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin işi araşdıran Şabran Rayon Polis Şöbəsinin baş müstəntiqi, polis mayoru E.Əliyev barəsində yol verdiyi ciddi nöqsanlara görə xüsusi qərardad çıxarılmasını və Daxili İşlər Nazirliyinə göndərilməsini tələb edib.İttiham aktına əsasən, hadisə 2015-ci ildə Şabranda baş verib. T.Əhmədov aralarında yaranmış mübahisə zəminində qardaşı Cabir Əhmədovu şişlə vurub. Onun barəsində cinayət işi başlanılıb, lakin T.Əhmədov həbs edilməyib.Cinayət işi məhkəməyə göndərilsə də, ev dustaqlığında olan T.Əhmədov məhkəməyə gəlməyib. Bundan sonra onun barəsində axtarış elan edilib və həbs olunub.BAKU.WS

Son xəbərlər