Bakıda 800 min manatlıq dələduzluqda günahlandırılan polis polkovnikindən YENİ XƏBƏR

30
may
2018
18:01
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki,hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə F.Məmmədxanov 2 il sınaq müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.F.Məmmədxanov işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa mağazadan “Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.F.Məmmədxanov Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun rəisi olub.BAKU.WS

Oxşar xəbərlər
Sabiq MTN polkovnikinə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi ü...