Qubada 4 yaşlı uşağın ölümünə səbəb olan qadın barədə QƏRAR VERİLDİ

Qubada 4 yaşlı uşağın ölümünə səbəb olan qadın barədə QƏRAR VERİLDİ
Hadisə 1403
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmişin ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Lalə İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.O, məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. L.İsrafilova məhkəmə zalından həbs olunub.Prokuror çıxışında L.İsrafilovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.Qeyd edək ki, hadisə 2017-ci il may ayının 9-da Quba rayonunun Bərqov kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafazadə Fuad Həbib oğlu ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü İsrafilova Lalə Həsən qızının həyətinə icazəsiz daxil olub. Azyaşlı həyətdəki gülləri yolub, L.İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün o, uşağı qovub. F.Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.İndiyədək L.İsrafilovanın barəsində həbs qətimkan tədbiri seçilməmişdi.BAKU.WS

Son xəbərlər