Ögey qızını döyüb öldürən ata AĞIR CƏZALANDIRILDI

Ögey qızını döyüb öldürən ata AĞIR CƏZALANDIRILDI
Hadisə 1894

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ögey qızını döyərək öldürməkdə təqsirləndirilən Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.Hacıyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə prosesində hökm oxunub.

Hökmə əsasən, E.Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.

Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub.

O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər