Piyadanı vurub öldürən şəxs məhkəmə zalında həbs edilib

Piyadanı vurub öldürən şəxs məhkəmə zalında həbs edilib
Hadisə 1309
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şahmar Yusibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.Məhkəmənin hökmü ilə Ş.Yusibov 5 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.Qeyd edək ki, hadis ötən il iyulun 18-də saat 18:00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Yevlax rayon sakini Ş.Yusubov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən qəsəbə sakini Ələddin Əsgərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.BAKU.WS

Oxşar xəbərlər

Avtobus sürücüsünü döyən general oğluna 4 il iş verildi

Avtobus sürücüsünü döyən general oğluna 4 il iş verildi

Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.BAKU...

2558 Hadisə 18:13 17 yanvar 2018

Son xəbərlər