Sumqayıtda atasını və daha iki nəfəri bıçaqlayan 19 yaşlı gənclə bağlı YENİ XƏBƏR

Sumqayıtda atasını və daha iki nəfəri bıçaqlayan 19 yaşlı gənclə bağlı YENİ XƏBƏR
Hadisə 996
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Coşqun Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü o, 9 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il fevralın 25-də şəhər sakinləri Emin Ömərə və İbrahim Cəfərova bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1999-cu il təvəllüdlü Coşqun Hüseynov saxlanılıb.Araşdırmalarla həmin vaxt İ.Cəfərovun münaqişə zəminində C.Hüseynovun atası İslam Cəfərovu da ayaq nahiyəsinə bıçaqla xəsarət yetirməsi də müəyyən edilib.BAKU.WS

Son xəbərlər