Fikrət Qocanın oğlunu öldürənlərə HÖKM OXUNDU
14
dek
2017
17:58
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.BAKU.WS report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.E.Nəhmədov 5 il, R.Məmmədovun 2,5 il, P.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.Hökmə əsasən, E.Nehmətovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib.Xatırladaq ki, dövlət ittihamçısı çıxışında E.Nəhmədovun 19 il, R.Məmmədovun 4 il, P.Hüseynovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.BAKU.WS
Oxşar xəbərlər
Fikrət Qocanın oğlunun ölümü ilə bağlı məhkəmə istintaqı başa çatıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışlar...