Fikrət Qocanın oğlunun ölümü ilə bağlı məhkəmə istintaqı başa çatıb
06
noy
2017
13:45
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda məhkəmə istintaqının başa çatdığı elan edilib.Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.Proses noyabrın 13-də davam etdiriləcək.Qeyd edək ki, bu il martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı müğənninin atası anasını öldürdüyü üçün ömürlük həbs olundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını və qohumunu öldürməkdə təqsirləndirilən Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb."Report"u...