Xalq şairinin oğlu öldürülüb

Xalq şairinin oğlu öldürülüb
Hadisə 1181

Azərbaycanın Xalq şairi Fikrət Qocanın oğlunun öldürüldüyü məlum olub.

BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına isinadən verdiyi xəbərə görə, Martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

Arzu Mirzəyeva 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda polis bıçaqlandı

Bakıda polis bıçaqlandı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda keçirilən əməliyyat zamanı polis əməkdaşının xəsarət alması barədə məlumat yayıb. DİN-dən BAKU.WS-ə verilən məlumata görə,...

1159 Hadisə 17:24 15 mart 2016

Son xəbərlər