Bakıda polis bıçaqlandı

Bakıda polis bıçaqlandı
Hadisə 1159

 

Daxili İşlər Nazirliyi (DİN) Bakıda keçirilən əməliyyat zamanı polis əməkdaşının xəsarət alması barədə məlumat yayıb.

DİN-dən BAKU.WS-ə verilən məlumata görə, martın 14-də saat 05 radələrində Nəsimi rayonu ərazisində - Moskva prospektində Laçın rayon sakini, əvvəllər məhkum olunmuş Ayhan Səfərov və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yalçın Cəfərov Bakı şəhər sakini Nicat Tahirova məxsus "VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərərkən Nəsimi RPİ PPX-nin əməkdaşları tərəfindən yaxalanıblar.

Bu zaman Y.Cəfərov bıçaqla polis serjantı Samir Paşayevə əl nahiyəsindən xəsarət yetirib. Nəsimi RPİ 19-cu PB-yə gətirilmiş A.Səfərovun və Y.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün paytaxt sakini Elçin Xəlilova məxsus "Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri, eləcə də Yalçın Cəfərovun Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə axtarışda olması da müəyyən edilib.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda qanunsuz dollar satan 11 nəfəri tutdular

Bakıda qanunsuz dollar satan 11 nəfəri tutdular

Azərbaycanda 11 nəfər valyuta tənzimi qaydasını pozduqları üçün saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməl...

1386 Hadisə 14:16 11 yanvar 2016

Son xəbərlər