Müğənninin atası arvadını və qohumunu öldürdü – FOTO
31
avq
2017
16:55
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını və qohumunu öldürməkdə təsirləndirilən Qurban İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə mərhum Fəraiz Hüseynovanın hüquqi varisi kimi oğlu İsmayıl Hüseynovun olduğu elan olunub.Məhkəmənin baxış iclası sentyabrın 11-nə təyin edilib.Hadisə bu il mart ayının 24-də Abşeron rayonu Saray qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Hüseynov Qurban İsmayıl oğlu şəxsi münasibətlərin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib. Bundan sonra həyat yoldaşının yaxın qohumu 18 yaşlı Amur-Təbrizi Rəhilə Əsgər qızını da öldürüb.İlkin məlumata görə, xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının iki gün öncə nişan mərasimi olub.Hadisədən sonra meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib.Qətli törədən Q.Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Abşeron rayon prokurorıuğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham olunur.Xatırladaq ki, qətli törədən Q.Hüseynov “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda ərinin damarını kəsən qadın hakim qarşısına çıxarılır
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərininin ölümünə görə təqsirləndirilən 26 yaşlı Gülər Mirzəyevanın cinayət işi üzrə məhkəmə başlayıb. BAKU.WS-in "Qafq...