Azərbaycanda qızını zəhərləyib öldürən qadına hökm oxunub

08
noy
2017
17:56
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını südə zəhər qataraq öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın məhkəmə iclası davam etdirilib.BAKU.WS "Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. G.Saypullayeva 17 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu il iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası G.Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib.G.Saypullayeva şübhəli şəxs qismində tutulub.BAKU.WS

Oxşar xəbərlər
Azyaşlı qızını zəhərləyən anadan ŞOK ETİRAF: Bir il əvvəl onu...
Qusarda 5 yaşlı qızını zəhərləyib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın ibtidai istintaqa verdiyi ifadə məlum olub.BAKU.WS APA-ya istinadən xəbər...