Bakıda sevgilisini qanına qəltan edən gəncdən yeni xəbər
14
may
2018
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini bıçaqlamaqda təqsirləndirilən Racxan İbrahimova cəza istənilib.BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə prokuror çıxış edərək R.İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Onun vəkili bildirib ki, Racxan artıq bıçaqladığı sevgilisi ilə barışıb. Proses mayın 21-də davam etdiriləcək.Qeyd edək ki, R.İbrahimov sevgilisi Ellada Əlizadəni qısqanclıq zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.BAKU.WS
Oxşar xəbərlər
Bakıda bir baldızı ilə siğə etdirib, digərini bıçaqlayan şəxs: “İstədim pis yola düşməsin”
Bakıda bir baldızını siğə etdirmək istəyib, digər baldızını bıçaqlayan şəxsə hökm oxunub.Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda...