Kriminal avtoritet “Elməddin Vasmoyski”yə 8 il cəza istənildi

Kriminal avtoritet “Elməddin Vasmoyski”yə 8 il cəza istənildi
Hadisə 2741

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və hədə yolu ilə tələb etməkdə təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror E.Fərzəliyevə 8 il cəza istəyib.

Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov müdafiə çıxışında müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Proses mayın 26-da davam etdiriləcək.

Kriminal aləmdə "Elməddin Vasmoyski” kimi tanınan Elməddin Səfərov Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham olunur.

BAKU.WS

Oxşar xəbərlər

"Lotu Quli"nin yeznəsinə hökm oxundu

"Lotu Quli"nin yeznəsinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Huseynovun cinayət işi üzrə məhkəmə prosesi davam e...

2887 Hadisə 11:29 27 aprel 2017

Son xəbərlər