Məhkəmədə bəraət aldığını eşidən dustaq huşunu itirdi
19
sen
2018
16:18
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qəsdən sağlamlığa ağır zərər vurma, bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Elman İbarahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E. İbrahimovun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib. O, məhkəmənin iclas zalından azadlığa buraxılıb. Məhbus bəraət aldığı xəbərini eşidərkən həyəcandan huşunu itirib və yerə yıxılıb. Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Müvəqqəti Təcridetmə Mərkəzində saxlanılan 30 yaşlı Elman İbrahimov kamera yoldaşı Çingiz Xəlilovu döyüb.Ç.Xəlilov ağır xəsarətlər alıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerlışdirilsə də, həkimlər Ç.Xəlilovun həyatını xilas edə bilməyib.Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.BAKU.WS
Oxşar xəbərlər
Qubada 4 yaşlı uşağın ölümünə səbəb olan qadın barədə QƏRAR VERİLDİ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmişin ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Lalə İsrafilovanın cinayət işi üzrə mə...