Bakıda qısqanc ər özündən 13 yaş kiçik arvadını boğdu

Bakıda qısqanc ər özündən 13 yaş kiçik arvadını boğdu
Hadisə 1351

Bakıda qətl törədilib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi ev 2A ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb.

Hadisəni törədən M.Əliyev tutulub.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Qısqanc ər arvadını boğub asdı — Azərbaycanda cinayətin TƏFƏRRÜATLARI

Qısqanc ər arvadını boğub asdı — Azərbaycanda cinayətin TƏFƏRRÜATLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq üstündə asan şəxsin məhkəməsi başlayıb.BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəllə...

1183 Hadisə 12:29 17 sentyabr 2018

Son xəbərlər