Qısqanc ər arvadını boğub asdı — Azərbaycanda cinayətin TƏFƏRRÜATLARI

Qısqanc ər arvadını boğub asdı — Azərbaycanda cinayətin TƏFƏRRÜATLARI
Hadisə 1185
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq üstündə asan şəxsin məhkəməsi başlayıb.BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinən Qəhrəmanlı Elvin Arzu oğlunun məhkəmə prosesinə hakim İradə Həsənzadə sədrlik edəcək. Dəhşətli cinayət bu il yanvar ayının 20-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə baş verib.Həmin mənzildə kirayədə yaşayan Cəlilabad rayon sakini Qəhrəmanlı Elvin Arzu oğlu polisə zəng edərək bildirib ki, evə gələrkən həyat yoldaşı Günel Camalsəf qızı Qəhrəmanlının özünü asdığını görüb.Dərhal hadisə yerinə Qaradağ rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin araşdırmalara başlayıblar.Qadının boğazında olan əl-barmaq izləri məhkəmə-tibbi ekspertini şübhələndirib və E.Qəhrəmanlı dindirilib. Məlum olub ki, Elvin həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürüb. E.Qəhrəmanlı şübhəli şəxs qismində saxlanılıb və rayon prokurorluğuna təhvil verilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.BAKU.WS

Son xəbərlər