Ər toydan sonra arvadını öldürdü – Dəhşətli QƏTL
15
may
2018
11:48
Daşkəsən rayonunda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Ramil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.BAKU.WS teleqraf.com-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.İttihama görə, ötən il sentyabrın 14-də səhər saatlarında Daşkəsən rayonunun Bayan kəndində 33 yaşlı Ramil Həsənov qisqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Könül Əzizovanı boğaraq öldürüb.İstintaq araşdırması zamanı məlum olub ki, Könül Əzizova ailəsi ilə birlikdə Bakı şəhərində yaşayıb.Qətl hadisəsindən bir gün əvvəl Könül Əzizova ailə üzvləri ilə birlikdə əmisi nəvəsinin toy şənliyində iştirak etmək üçün kəndə gəlib. Həmin gün gecə saatlarında qaynanasıgilə gələn Ramil Həsənov səhər saatlarında Könül Əzizova ilə mübahisə edib. Ər arvadını toyda başqa kişiyə baxmaqda günahlandırıb. Mübahisə zamanı onu boğaraq öldürüb.Onların birgə nikahlarından 8 yaşlı bir övladı olub.BAKU.WS
Oxşar xəbərlər
Bakıda ŞOK hadisə: Kürəkən ona sevişmə təklif edən qayınanasını öldürüb
Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.BAKU.WS publika.az-a istinadən xəbər verir ki, bu gü...