Gəncədə zorla evləndirilən qıza qarşı ərindən dəhşətli əməl: hamının önündə...
26
apr
2018
14:57
Gəncə şəhərində qətl törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Elsevər Qurbanzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.İttihama görə, ötən il dekabnrın 19-da Gəncənin Nizami rayonu ərazisində yerləşən "Əminə" supermarketində Elsevər Qurbanzadə arvadı, 18 yaşlı Sevinc Quliyevaya çoxsaylı bıçaq zərbələri vurub.Sevinc Quliyeva işlədiyi həmin marketin işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.Məlum olub ki, Sevinc Quliyevanı valideynləri həddi-buluğa çatmamış ərə verib. Valideynləri onu bu evliliyə məcbur ediblər. Bu səbəbdən də nikah rəsmiləşdirilməyib.Elsevər Qurbanzadə ilə birlikdə yaşadıqları müddətdə cütlük arasında tez-tez münaqişələr baş verirmiş. Nəticədə Sevinc Quliyeva ərindən ayrılaraq ata evinə qayıdıb.Elsevər Qurbanzadə isə bunu özünə qarşı təhqir hesab edərək arvadını cəzalandırmaq qərarına gəlib.Bu məqsədlə dekabrın 19-da özü ilə bıçaq götürən Elsevər Qurbanzadə arvadının işlədiyi marketə gəlib, ona çoxsaylı bıçaq zərbələri vurmaqla, cinayət əməlini başa çatdırıb.İstintaq araşdırması zamanı məlum olub ki, Elsevər Qurbanzadə Sevinc Quliyeva ilə yetkinlik yaşına çatmadığı zamanda intim əlaqədə olub.Bu səbəbdən ona adam öldürməkdən əlavə, yetkinlik yaşına çatmayan Sevinc Quliyeva ilə intim əlaqədə olmaq ittihamı verilib.İstintaq orqanı tərəfindən Elsevər Qurbanzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.İttihama münasibət bildirən Elsevər Qurbanzadə özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O, qeyd edib ki, Sevinc Quliyevanın xüsusi amansızlıqla öldürmək niyyəti olmayıb.Valideynlərinin məsləhəti ilə Sevinc Quliyeva ilə ailə quran Elsevər Qurbanzadə qeyd edib ki, arvadının ondan xəbərsiz evdən getməsinə əsəbiləşib: "Bu səbəbdən onu cəzalandırmaq qərarına gəldim. Bu məqsədlə Sevincin işlədiyi marketə getdim. Onu evə qayıtmasına yola gətirmək istədim. Amma o, öz bildiyini dedi. Mən də onu bıçaqla vurdum".Təqsirləndirilən şəxs ailə həyatı quran zaman yetkinlik yaşına çatmayan şəxslə intim əlaqədə olmağın cinayət olduğunu bilmədiyini deyib.Növbəti proses mayın 4-də davam edəcək.Publika.az
Oxşar xəbərlər
“Arvadımı öldürmək niyyətim yox idi, ona işgəncə vermək istəyirdim” - dəhşətli qətlin təfərrüatı
İsmayıllı rayonunda arvadını xəncərlə doğrayaraq qətlə yetirməkdə ittiham olunan rayon sakini, 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə pr...