Rusiyada azərbaycanlı ailənin ölən üzvlərinin adları məlum olub
13
fev
2018
11:03
Rusiyanın Orenburq şəhərində baş verən güclü yanğın nəticəsində bir ailədən 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb, onların hamısı azərbaycanlı olub.BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yanğın zamanı Rusiya və Azərbaycan vətəndaşları - Hətəm Quliyev (1980-ci il təvəllüdlü), Leyla Quliyeva Hətəm qızı (3 yaş), Eysavar Quliyev Hətəm oğlu (6 yaş) və Əmrah (45-46 yaş) ölüb.Sevinc Quliyeva Zaur qızı (8 yaş), Aytən Quliyeva Eysavar qızı (19 yaş), Sədaqət Quliyeva Eysavar qızı (1992-ci il təvəllüdlü), Sevinc Quliyeva Şiraslan qızı (1969-cu il təvəllüdlü), İzzət Quliyeva (82 yaş) yanıq xəsarətləri alıblar.Yanğın binanın 9-cu mərtəbəsindəki mənzildə baş verib. İlkin məlumatlara görə, yanğın təxminən 10 kvadratmetr sahəni əhatə edib.Yanğın məişət zəmnində ailə münaqişəsi nəticəsində baş verib. Sədaqət Quliyeva mənzildə olanların və özünün üstünə benzin tökərək yandırıb.Şəhərin tibb məntəqəsinə 7 nəfər, o cümlədən 3 azyaşlı uşaq göndərilib. Amma Leyla və Eysavar Quliyevlər xəstəxanaya gedərkən təcili tibbi yardım maşınında keçiniblər. 4 qadın və 8 yaşlı qız uşağı Orenburq şəhər xəstəxanasında ağır vəziyyətdədir.Sədaqət Quliyevanın bədənin 95%-i yanıb.Faktla bağlı cinayət işi açılıb.BAKU.WS
Oxşar xəbərlər
Rusiyada yanğın nəticəsində azərbaycanlı ailənin ölümünün bəzi təfərrüatları bilindi
Rusiyanın Orenburq vilayətində baş verən yanğın nəticəsində azərbaycanlı ailənin ölümü ilə bağlı cinayət işi açılıb.BAKU.WS xəbər verir ki, Rusiya İstintaq Komi...