Bakıdan Şabrana istirahətə gedən ailə qəzaya düşdü, 6 nəfər ağır xəsarət aldı - SİYAHI
23
iyl
2017
09:28
Şabran rayonunda baş verən yol qəzasında bir ailənin 6 üzvü ağır xəsarət alıb. "Report"un Şimal bürosu xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun 1-ci kilometrliyində qeydə alınıb. Belə ki, Bakı şəhərindən istirahətə gələn ailənin olduğu "Mercedes” markalı 10-UN-680 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya uğrayıb. Qəza nəticəsində xəsarət alanlardan 2 azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına, 1 uşaq Şabran Rayon Mərkəzi Xəstəxanasına, 3 nəfər isə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Quliyeva Mina Ramiz qızına sağ dirsəyin qapalı sınığı, bədənin müxtəlif yerlərində çoxsaylı sıyrıntılar diaqnozu qoyulub. Şabranda baş vermiş qəzanın bəzi təfərrüatları bəlli olub. Qəza törədən avtomobilin sürücüsü Quliyev Ramiz Azərbaycan Tibb Universitetinin müəllimidir. O, "Mercedes" markalı avtomobilini idarə edərkən ön təkər mexanizmi anidən qırılıb. Qəza da bu səbəbdən baş verib. Baş vermiş qəza nəticəsində yaralanan şəxslərin adları məlum olub.Qəza nəticəsində xəsarət alanların bəziləri Siyəzən, bəziləri isə Şabran xəstəxanasına yerləşdiriliblər.
Siyəzən xəstəxanasında olanlar:
1993-cü il təvəllüdlü Şirəliyeva Günel Ramiz qızı (vəziyyəti ağırdır)
1964-cü il təvəllüdlü Quliyev Ramiz Əli oğlu (vəziyyəti orta ağırdır)
1972-ci il təvəllüdlü Quliyeva Fatma Abbas qızı (vəziyyəti orta ağırdır)
Şabran xəstəxanasında olan yaralı:
2008-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Mina Ramiz qızı (Sağ dirsəyin qapalı sınığı bədənin çox saylı sıyrıntıları)
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda bayram günü bir ailə üçün qara gəldi
Bayram günü Balakən rayonunda baş verən ağır yol qəzasında bir ailənin bir üzvü ölüb, daha üç üzvü isə ağır xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir...