Azərbaycanda DƏHŞƏTLİ QƏZA - Sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşdı: yaralılar var

Azərbaycanda DƏHŞƏTLİ QƏZA - Sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşdı: yaralılar var
Hadisə 3526

 

Noyabrın 2-də səhər saatlarında Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan bir nəfər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, Şabran rayonunun Dəvəçi kəndi ərazisində baş verən yol qəzası nəticəsində Quba rayon sakini, 1958-ci il təvəllüdlü Abasquliyev Telman Cərulla oğlu döş qəfəsinin sınığı diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti kafi qiymətləndirilir. Xəsarət alan T.Abasquliyev "Hyundai" markalı sərnişin avtobusunda olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Xaçmaz istiqamətində hərəkətdə olan 27 AC 622 dövlət nömrə nişanlı, "Hyundai" markalı sərnişin avtobusu ilə 99 XP 579 nömrə nişanlı "Ford" markalı yük maşını ilə toqquşub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda sərnişin avtobusu qəzaya uğradı: ölən və yaralanan var

Bakıda sərnişin avtobusu qəzaya uğradı: ölən və yaralanan var

Bakıda sərnişin avtobusu ağır yol qəzası törədib. BAKU.WS lent.az-a istinadən bildirir ki, Sabunçu rayonu ərazisində Bakıxanov körpüsünün üstündə "VAZ 2107" ma...

5334 Hadisə 10:30 19 sentyabr 2016

Son xəbərlər